Ermənilər Fransadakı səfirliyimizin qarşısında aksiya keçirib
Azərbaycanın Fransadakı səfirliyinin binası qarşısında ermənilərin aksiyası keçirilib.
ANS PRESS-in News.am saytına istinadən verdiyi məlumata görə, erməni icması Ramil Səfərovun əfvinə və Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yürütdüyü siyasətə etiraz ediblər.
“Ay dat” təşkilatının Fransa ofiminin rəhbəri Qraçya Varjapetyan bildirib ki, aksiyada Fransa Senatının solçu və sağçı üzvlərindən də iştirak edənlər olub. Lakin aksiyanın keçirildiyi saatda Azərbaycanın Fransadakı səfirliyində iş günü bitdiyindgn ermənilər aksiyanın qətnaməsini təqdim edg bilmgyiblgr.
Xatırladaq ki, dünən Yerevanın Parisdəki səfirliyinin binası qarşısında Fransadakı Azərbaycanlılar İcması, Avropadakı Azərbaycan və Türk diasporunun üzvləri, Avropada təhsil alan azərbaycanlı tələbələr tərəfindən təşkil olunub.
Aksiya ermənilərin beynəlxalq terrorizmi dəstəkləməsi, Qarabağda törədilən insanlıq cinayətlərinə etiraz olaraq təşkil olunub. Aksiyada ermənilərin Avropa ölkələrində təhrif olunmuş məlumatlarla apardıqları antiazərbaycan təbliğatına etiraz bildirilib.
Aksiyada Ermənistanın işğalçı olması, Ermənistan rəhbərliyinin beynəlxalq terrorizmi dəstəkləməsi, dinc insanların qətlə yetirilməsinə rəvac verməsi ilə bağlı şüarlar səsləndirilib.
Bu tədbirin sonunda aksiyanın bəyanatı oxunub. Bəyanatda Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq təşkilatların münaqişə ilə bağlı qərarları xatırladılıb. Ermənistanın beynəlxalq hüquqa məhəl qoymadığı vurğulanıb.

1460