Azərbaycan nümayəndə heyəti AEBA-nın toplantısına qatılıb
Ayın 21-dək davam edəcək sessiyada 155 üzv dövlətin, müşahidəçi qismində Fələstinin, BMT və onun ixtisaslaşmış qurumlarının, beynəlxalq və hökumətlərarası təşkilatların, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndə heyətləri iştirak edirlər. Sessiyada ölkəmizi fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə Nazirlər Kabinetinin, Xarici İşlər Nazirliyinin, AEBA yanında daimi nümayəndəliyin, Dövlət Gömrük Komitəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edir.
Sessiyanın ilk günü BMT Baş katibinin tədbir iştirakçılarına müraciəti oxunub. AEBA-nın baş direktoru Yukiya Amano tərəfindən ötən il ərzində görülmüş işlər barədə hesabat təqdim olunub.
Tədbirin plenar iclası zamanı nazir Kəmaləddin Heydərov bəyanatla çıxış edərək, nüvə və radiasiya təhlükəsizliyi sahəsində Azərbaycanda görülən işlər, agentlik ilə respublikamız arasında Texniki Əməkdaşlıq Proqramı çərçivəsində göstərilən fəaliyyət barədə məlumat verib, ölkəmizin qurum ilə əməkdaşlığının prioritetləri vurğulayıb.
Daha sonra Azərbaycan nümayəndə heyətinin BMT-nin Vyana ofisinin başçısı, BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin direktoru Yuri Fedotov ilə görüşü olub. Görüşdə Azərbaycan ilə beynəlxalq təşkilat arasında əməkdaşlıq əlaqələri müzakirə olunmuş, qarşılıqlı maraq doğuran məsələlərə toxunulub.
K.Heydərov AEBA-nın baş direktoru Yukiya Amano ilə görüşüb. Görüşdə ölkəmizin AEBA-nın Hadisə və Fövqəladə Böhran Vəziyyətləri üzrə Mərkəzinə qoşulması, Azərbaycanın ərazisinin radiasiya fonu xəritəsinin tərtib edilməsi, respublikamızın kadr potensialının inkişafı, Texniki Əməkdaşlıq Proqramı çərçivəsində layihələrin reallaşdırılması və əməkdaşlığın prioritet istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Yukiya Amano ölkəmizə səfərə dəvət olunub.
Sessiya çərçivəsində həmçinin nazir Kəmaləddin Heydərov Türkiyə Atom Enerjisi Qurumunun (TAEK) rəhbəri Zafer Alper ilə də görüşüb. Görüşdə Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi ilə TAEK arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Sessiya çərçivəsində Azərbaycanın AEBA-ya üzvlüyünün 10 illiyi münasibətilə BMT-nin Vyana ofisində rəsmi ziyafər verilib. Ziyafətdə AEBA-ya üzv ölkələrin daimi nümayəndələri, BMT rəsmiləri, AEBA katibliyinin təmsilçiləri və diplomatlar iştirak ediblər. Qonaqlara Azərbaycanın beynəlxalq təşkilatla əmakdaşlığının 10 illiyi münasibətilə hazırlanmış xüsusi bukletlər təqdim olunub.
Gündəliyə əsasən, sessiya zamanı AEBA-ya üzv dövlətlərin nümayəndə heyətlərinin başçıları, beynəlxalq və hökumətlərarası təşkilatların rəhbərləri tərəfindən bəyanatlar səsləndiriləcək və agentliyin fəaliyyət istiqamətləri üzrə uyğun qətnamələr qəbul ediləcəkdir.
Sessiyada nüvə və radiasiya təhlükəsizliyi, eləcə də tullantılarla rəftar və daşınma qaydaları sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi üzrə tədbirlər, nüvə terrorçuluğuna qarşı mübarizə tədbirləri, texniki əməkdaşlıq sahəsində agentliyin fəaliyyətinin gücləndirilməsi və s. məsələlər müzakirə olunacaqdır.

511