Belə eləməyin də...
18 sentyabr 2012 17:13 (UTC +04:00)

Belə eləməyin də...

Dörd azərbaycanlı Rusiyanın Monqolustanla sərhəd Buryatiya respublikasında sadə çobanları aldadaraq onların 4 qoyunun alıb. İlk baxışdan bu xəbər qəribə görünməyə bilər. Amma söhbət ondan gedir ki, azərbaycanlılar çobanların sadəlövhlüyündən istifadə edərək onlara Rusiyada dövriyyədə olmayan pul vahidi təqdim ediblər.
Lent.az-ın Buryatiya KİV-ə istinadən verdiyi məlumata görə, hadisə Moqutousu rayonunun Saxeyurt kəndində olub. Çitada yaşayan azərbaycanlılar çobanların otardığı sürüyə yaxınlaşaraq onlardan 4 qoyun almaq istədiklərini deyiblər. Buryat çobanlar da razılaşıb. Amma həmyerlilərimiz çobanlara üzərində “Bank Rossii” yox, “Bank prikolov” yazılmış 5 minlik banknotlar təqdim ediblər.
Zavalı çobanlar aldadıldıqlarını mağazadan ərzaq alanda başa düşüblər və polisə müraciət ediblər. Polis dələduzların izinə düşüb və onların ikisini Çitada həbs saxlayıb. Daha iki nəfər isə axtarılır.
Səbuhi
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1763

Oxşar yazılar