Səhiyyə Nazirliyi: “Cəsədlər ekspertiza olunur”
18 sentyabr 2012 16:54 (UTC +04:00)

Səhiyyə Nazirliyi: “Cəsədlər ekspertiza olunur”

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sentyabrın 17-də saat 17:28-də Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasına Məişət Malları Açıq Tipli Səhmdar Cəmiyyətində (keçmiş Yuyucu Vasitələr zavodunda) neft məhsullarının əlavə qalıqlarının yanması nəticəsində baş vermiş qəza ilə əlaqədar “102” xidmətində məlumat daxil olub. Təcili Tibbi Yardım Stansiyasının baş həkimi tərəfindən dərhal Səhiyyə şöbəsinə, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə məlumat verilib. Saat 17:30-da Təcili Yardım Stansiyasından ilk 2 briqada, 5 dəqiqə sonra əlavə 3 briqada, daha sonra 8 briqada dərhal hadisə yerinə göndərilib.

Təcili Tibbi Yardım briqadalarının işi təşkil edilib, xəsarət alanlara ilkin tibbi yardım göstərilib və onların hospitalizasiyası işi təşkil olunub. Həkim-mütəxəssislər səfərbər edilib, bütün xəstəxanalar və xüsusilə Təcili Tibbi Yardım Xəstəxanasında xəsarət alanlara tibbi yardım göstərilməsi üçün tam hazırlıq vəziyyətinə gətirilib. TTYS-nın briqadaları müəssisə ərazisində olan 2 çıxışda və süni surətdə yaradılmış 3-cü çıxışda yerləşdirilib.

Qəza hadisəsi zamanı Təcili Yardım maşınları ilə 10 nəfər zərər çəkmiş şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Zərərçəkənlər tələb olunan tibbi yardımla tam təmin olunublar. Hadisə yerində müxtəlif şikayətlərlə stress fonunda (istivurma, arterial təzyiqin yüksəlməsi və s.) olan 9 nəfər şəxsə yerində tibbi yardım göstərilib və evə buraxılıblar. Öncə aşkarlanan 2 şəxsin və eləcə də bu gün aşkarlanan daha bir şəxsin meyiti Sumqayıt şəhər Məhkəmə Ekspertizası və Patoloji Anatomiya şöbəsinə gətirilib. Ümumilikdə bu saatlara kimi 3 ölü aşkarlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1387

Oxşar yazılar