Rüşvət alan bələdiyyə sədrinə 4 illik həbs
18 sentyabr 2012 15:08 (UTC +04:00)

Rüşvət alan bələdiyyə sədrinə 4 illik həbs

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, R. İsrafilov 4 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, R. İsrafilov torpaq sahəsinin sənədləşdirilməsi üçün vətəndaşdan 1700 ABŞ dolları məbləğində rüşvət tələb edib. Bundan sonra o, həmin puldan 500 ABŞ dollarını almaqla, cinayət əməlini davam etdirərək 2012-ci il mayın 14-də tələb etdiyi məbləğin qalan 1200 ABŞ dollarını xidməti otağında rüşvət kimi alarkən cinayət başında saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2135

Oxşar yazılar