Baş nazir pişiyi işdən çıxartdı - FOTO
Böyük Britaniyanın baş naziri Devid Kemeron “Larri” ləqəbli pişiyi işdən çıxarıb. Hə, sizə təəccüblü gəlməsin. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, “Larri” hələ 2011-ci ilin fevralında gəmiriciləri tutub məhv etməkdə böyük məharəti olduğu üçün xüsusi zəmanətlə Danuniq-Stritdə, baş nazirin iqamətgahında də işə götürülmüşdü.
Az vaxtda “Larri” Kemeron kabinetinin simvollarından birinə çevrilmişdi. Hətta onun saxlanılması, yemlənməsi, tibbi müayinəsi üçün ayrılan xərclərə belə xüsusi büdcə ayrılmışdı.
Amma “Larri” belə komfort və rahat işdən tənbəlləşib. Məlumata görə, işə götürüləndən bəri vur-tut bircə gəmirici tutub öldürən “Larri” əksər vaxtını yatmaqla keçirirmiş.
Məhz tənbəlliyi üzündən Kemeron artıq onu işdən atıb. Bədbəxtçilikdən Kemeron özü “Larri”ni günün günorta çağı yatdığı yerdə haqlayıbmış. “Larri”nin əmrində də elə belə yazılıb: “Ovçuluq qabiliyyəti zəif olduğuna görə işdən azad edilsin”.
Bundan sonra “Larri”ni “Freya” adlı pişik əvəzləyib. “Larri”nin gələcək taleyi isə bilinmir.

Oxşar yazılar

Şərurun kəndlərinə sel gəldi-VİDEO
6 iyul 2025 , 17:53
Bulvarda batan qadın belə xilas edildi-VİDEO
6 iyul 2025 , 15:16
Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var - YENİLƏNİB
6 iyul 2025 , 14:02
Qazaxda avtomobil aşdı - Şəhid atası öldü
6 iyul 2025 , 13:36
Laçında yük maşını dərəyə aşdı
6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3
6 iyul 2025 , 08:54
Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54