Hava limanında Azərbaycan vətəndaşından 0,5 kq qızıl zinət əşyası götürülüb
İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Sənan Qəribov gömrük nəzarətindən keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən saxlanılıb. Lent.az-ın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, S.Qəribov gömrük bəyannaməsi yazmadan “yaşıl” kanalla hərəkət edərkən gömrük əməkdaşları tərəfindən saxlanılıb və ona məxsus çantaya gömrük baxışı keçirilib.
Baxış zamanı çantadakı sellofan torbaya yerləşdirilmiş plastik qabın içərisindən bəzilərinin üzərində qaşlar olan 10 ədəd qolbaq, 41 cüt sırğa, 18 ədəd üzük, 3 ədəd kulon, 1 dəst üzük, sırğa cütü və kulon, 1 dəst üzük və sırğa cütü olan qızıl zinət əşyaları və 1 ədəd kiçik həcmli plastik qab aşkar edilib. Həmin qabın içərisindən də bəzilərinin üzərində qaş olan qızıl zinət əşyaları - 1 ədəd qolbaq, 23 cüt sırğa, 23 ədəd üzük, 2 dəst üzük, sırğa cütü və kulon, 5 dəst üzük və sırğa cütü, 3 ədəd boyunbağı və 2 ədəd isə üzərində göz muncuğu olan sancaq aşkar olunub. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin arayışına əsasən, həmin zərgərlik məmulatlarının əyarı 585, ümumi çəkisi isə 594,77 qram müəyyən edilib.

1789