FHN: Sumqayıtdakı yanğında 3 nəfər ölüb
18 sentyabr 2012 11:54 (UTC +04:00)

FHN: Sumqayıtdakı yanğında 3 nəfər ölüb

Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində ümumi sahəsi 2400 kv.m olan “Məişət Malları” ASC-nin çənlər parkının ərazisində yanacaq və xammal saxlanılan çənlər yanıb. Lent.az
Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğına 3-cü təhlükəlilik dərəcəsi verildiyindən əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 150-dən çox canlı qüvvəsi və 45 ədəd texnikası həmçinin, 2 ədəd yanğınsöndürən helikopter cəlb olunub. İlkin məlumata əsasən, yanğın nəticəsində 3 nəfər ölüb. Ehtimala görə, yanğın qaynaq işlərinin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verib.


Hazırda Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq tərəfindən birgə araşdırma aparılır. Araşdırmaların nəticələri yaxın zamanlarda ictimaiyyətə təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2029

Oxşar yazılar