Sumqayıtdakı partlayışla bağlı cinayət işi açılıb-RƏSMİ MƏLUMAT
Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq Sumqayıtda baş verən partlayışla bağlı birgə məlumat yayıb.
Baş Prokurorluqdan APA-ya daxil olan məlumatda bildirilir ki, sentyabrın 17-də saat 17:00 radələrində Sumqayıt şəhərində yerləşən “Məişət malları” Açıq Səhmdar Cəmiyyətinin ərazisində 6 ədəd yanacaq çənində yanğın baş verib və partlayış nəticəsində yanğın ətrafa yayılmağa başlayıb.
Dərhal hadisə yerinə Fövqəladə Hallar, Daxili İşlər nazirliklərinin və Sumqayıt şəhər prokurorluğunun əməkdaşları, həmçinin Fövqəladə Hallar Nazirliyinin maşın, mexanizm və helikopterləri gələrək yanğın hadisəsinin qarşısının alınması, hadisə nəticəsində xəsarət alan şəxslərə təcili tibbi yardım göstərilməsi və digər təxirəsalınmaz tədbirlər həyata keçirilib.
Fakta görə Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) və 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarının pozulması) maddələri ilə cinayət işi başlanıb.
İlkin araşdırmalarla müəyyən olunub ki, cəmiyyətin ərazisində yerləşən yanacaq çənlərində aparılan qaynaq işləri zamanı yanğın təhlükəsizliyi və əmək mühafizəsi qaydalarının pozulmasına yol verilib.
Hadisə nəticəsində 2 nəfər ölüb, bir nəfər itkin düşüb, 2 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Ölən və xəsarət alanların şəxsiyyətləri dəqiqləşdirilir.
Hazırda yanğının aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
İctimaiyyətə əlavə məlumat veriləcəkdir.

3467