Sumqayıtda növbəti partlayış səsi - HADİSƏ YERİNDƏN - YENİLƏNİB
Sumqayıtda Səthi Yuyucu Vasitələr Zavodu MMC-nin ərazisində növbəti partlayış səsi eşidilib. Lent.az-ın hadisə yerində olan əməkdaşı bildirir ki, daha bir partlayış səsi eşidilib və alov güclənib. Yanğınsöndürənlər alovun qarşısını almaq üçün zəruri tədbirlər görürlər.
***
Sumqayıtda Səthi Yuyucu Vasitələr Zavodu MMC-də partlayışdan sonra başlayan yanğın qismən lokallaşdırılıb. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğınsöndürənlər hazırda mazut gölməçələrindəki yanğını söndürürlər. Görülən tədbirlər nəticəsində yanğının digər çənlərə keçməsinin qarşısı alınıb.
***
17 Sentyabr 2012 20:24
Sumqayıtda “Səthi Yuyucu Vasitələri Zavodu” MMC-də növbəti partlayış baş verib.
Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, zavodda bir neçə dəqiqə öncə növbəti partlayış olub. Nəticədə yanğının miqyası yenidən güclənib. Ərazi qatı tüstüyə bürünüb.
Zavodun 500 metrliyində yerləşən iki mərtəbəli evlərdə yaşayan sakinlər təlaş içərisində küçələrə axışıb.
Zavodun yerləşdiyi əraziyə heç kim yaxın buraxılmır.
***
Sumqayıtda yanğın “Səthi Yuyucu Vasitələri Zavodu” MMC-də baş verib.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, zavodda bir neçə dəqiqə əvvəl növbəti partlayış olub. Partlayışdan sonra ərazidə yanğın yenidən güclənib.
“Hadisənin baş verdiyi zavod özəl müəssisədir. Hələlik konkret nəsə demək mümkün deyil. İndi yanğının söndürülməsi ilə bağlı tədbirlər görülür. Lazım olan məlumat FHN tərəfindən açıqlanacaq”. Bunu isə APA-ya açıqlamasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

Oxşar yazılar

Azərbaycana qarşı təcavüzkar müharibənin Ermənistan tərəfindən aparıldığı bir daha təsdiqlənib - MƏHKƏMƏ
28 avqust 2025 , 21:31
41 yaşlı kişini tok vurub öldürdü
28 avqust 2025 , 21:24
Polis 31 yaşlı kişini bıçaqlayan şəxsi saxladı
28 avqust 2025 , 21:08
Namiq Qaraçuxurlu Rusiyada saxlanıldı
28 avqust 2025 , 20:58
Ağdaşda tövlədən meyit tapıldı
28 avqust 2025 , 19:27
"Meydan TV" işi üzrə daha bir HƏBS
28 avqust 2025 , 19:09Yarıçılpaq kişi şöbəyə girib polisləri döydü - VİDEO
28 avqust 2025 , 18:29