Yol Polisindən sürücülərə müraciət
17 sentyabr 2012 16:07 (UTC +04:00)

Yol Polisindən sürücülərə müraciət

Respublika Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. Qurumun şöbə rəisi Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, Azərbaycanda keçiriləcək futbol üzrə dünya çempionatı ilə əlaqədar Dövlət Yol Polisinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib. Respublikanın avtomobil yollarında, habelə Bakı şəhərində yarana biləcək nəqliyyatın sıxlığını nəzərə alaraq sürücülərdən dayanma-durma qaydalarına riayət etmələri xahiş olunur.


K. Əliyev yük avtomobillərini idarə edən sürücülərə də müraciət edərək onları Nazirlər Kabinetinin mövcud qərarına riayət etməyə çağırıb: “Nazirlər Kabinetinin qərarına əsasən səhər saat 08.00-dan axşam saat 21.00-dək Bakı şəhərinə yük maşınlarının girişinə qadağa qoyulub. Dünya çempionatının keçirilməsi ilə əlaqədar yarana biləcək sıxlığı nəzərə alaraq sürücülərdən həmin qərara əməl etmələri xahiş olunur”.

K. Əliyev şəxsi nəqliyyat vasitəsi sürücülərinə də müraciət edib. O bildirib ki, paytaxt sakinləri çempionatın keçirildiyi dövrdə mümkün qədər şəxsi nəqliyyat vasitələrindən az istifadə etsinlər: “Bu müddət ərzində sakinlərdən xahiş edirik ki, ictimai nəqliyyata daha çox üstünlük versinlər”.

K. Əliyev yeni dərs ilinin başlanması ilə əlaqədar Bakı şəhərində nəqliyyatın hərəkətində yaranmış sıxlığa da münasibət bildirib: “Elə küçələr var ki, sürücülər orta məktəblərin qarşısında yolun hərəkət hissəsində maşınlarını saxlayıb gedirlər. Belə olan halda tıxac yaranır. Ona görə, bir daha sürücülərdən yol hərəkəti qaydalarına əməl etmələrini, yolun hərəkət istiqamətində avtomobilləri park etməmələrini xahiş edirəm”.

Qeyd edək ki, Azərbaycanda keçiriləcək futbol üzrə dünya çempionatı ilə əlaqədar polis sentyabrın 15-dən gücləndirilmiş iş rejiminə keçib. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, 17 yaşına qədər qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsi zamanı respublikada ictimai asayişin etibarlı qorunması və təhlükəsizliyin təmin edilməsi məqsədi ilə sentyabrın 15-dən Daxili İşlər Nazirliyi Aparatı, Bakı şəhər Baş Polis İdarəsi və Lənkəran Şəhər Polis Şöbəsinin şəxsi heyəti gücləndirilmiş iş rejimində çalışacaq. Həmçinin yarışların keçiriləcəyi stadionlarda, habelə qonaqların yerləşdiyi mehmanxanalarda polis nəzarəti artırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2793

Oxşar yazılar

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü,  yaralılar var

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü, yaralılar var

15 dekabr 2024 , 22:03
Siyəzəndə FACİƏ:  İki oğulu itirən ailənin qızı boğulub öldü

Siyəzəndə FACİƏ: İki oğulu itirən ailənin qızı boğulub öldü

15 dekabr 2024 , 21:55
İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28