Qanunu pozan 83 əcnəbi aşkarlanıb
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən sentyabrın 10-dan 15-ə qədər Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonu ərazisində qanunsuz miqrasiyaya qarşı müvafiq tədbirlər keçirilib.
DMX-dən Lent.az-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində Azərbaycan qanunvericiliyinin tələblərinə zidd olaraq fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən, eyni zamanda ölkədə olma və yaşama qaydalarını pozan 83 əcnəbi aşkar edilib. Həmin şəxslər barəsində inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilib.
DMX tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında müvafiq tədbirlər davam etdirilir.
Etibar

618