Tərtərdə ağır qəza: eyni ailədən 1 ölü, 4 yaralı
Sentyabrın 17-də saat 00.10 radələrində Tərtər rayonunun Qaradağlı kəndi ərazisində, Naftalan şəhər sakini Elnur Qəhrəmanov idarə etdiyi "VAZ-21015" markalı avtomaşını yolun kənarındakı hasara vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nəticədə sərnişinlərindən - oğlu 4 yaşlı Valeh hadisə yerində ölüb, xəsarət almış özü və digər sərnişinləri arvadı Gülmirə, oğlanları Akşin və Şaiq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətləri orta-ağırdır.
1574