Elmi-tədqiqat institutunun sabiq direktoru intihar etdi
Bakıda dəhşətli intihar hadisəsi baş verib. Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsindən bildirilib.
Hadisə sentyabrın 16-da axşam saatlarında Süleyman Sani Axundov küçəsi, ev 1 B, mənzil 69 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1962-ci il təvəllüdlü Əhmədov Çingiz Əvəz oğlu yaşadığı binanın 8-ci mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətdən yerindəcə keçinib. Ç. Əhmədovun özünə qəsd etməsinin səbəbləri barədə dəqiq məlumat verilməsə də, onun uzun illər Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun direktoru vəzifəsində çalışdığı bildirilir. Son illər işsiz qalan Çingiz Əhmədov maddi sıxıntı içərisində yaşayırmış.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

2609