Səkiyə çırpılan “Mercedes” yandı: 2 ölü, 3 yaralı
15 sentyabr 2012 12:26 (UTC +04:00)

Səkiyə çırpılan “Mercedes” yandı: 2 ölü, 3 yaralı

Yevlax-Xaldan dairəsində “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək səkiyə çırpılıb. Nəticədə, avtomobil deformasiyaya uğrayıb, avtomobilin yanar hissələri yanıb. Lent.az-ın FHN saytına istinadən verdiyi məlumata görə, avtomobilin sürücüsü və avtomobildə olan 4 nəfər sərnişindən 1 nəfəri hadisə yerində keçinib, digər 3 nəfər sərnişin xəsarət alıb. Yaralılar Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıb. Yanğın saat 23:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın zamanı ölən və xəsarət alan şəxslər avtomobildən kənarda olublar.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat işləri aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3819

Oxşar yazılar