“ZERO”da adam gülləyən şəxs tapıldı
Sentyabrın 13-də saat 04.45 radələrində Nəsimi rayonu ərazisindəki "ZERO" klubundan Bakı şəhər sakini Əhməd Həsənov ayaq nahiyəsindən güllə yarası ilə xəstəxanaya gətirilib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisənin Şəmkir rayon sakini, əvvəllər məhkum olunan Kənan İbrahimov tərəfindən törədilməsi müəyyən edilib. Hadisə yerindən 1 ədəd "Makarov" tipli tapança, 5 ədəd patron və 1 ədəd patron darağı götürülüb.
Faktla bağlı araşdırma davam etdirilir.
Faktla bağlı araşdırma davam etdirilir.
2212