Kəmaləddin Heydərov Niderland baş nazirinin müavini ilə görüşüb
Sentyabr 13-də fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ilə Niderland Krallığının baş nazirinin müavini Maksim Verhagenin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Kəmaləddin Heydərov görüş zamanı respublikada fövqəladə halların idarə olunması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib.
Eyni zamanda hər iki ölkədə təbii və texnogen xarakterli fəlakətlərin qarşısının çevik şəkildə alınması və nəticələrinin birgə aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Niderland Krallığının müvafiq qurumları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlı olduğu Maksim Verhagenin diqqətinə çatdırılıb. Görüş zamanı ölkəmizdə suların idarə olunması ilə əlaqədar görülmüş işlər və bu sahənin inkişaf etdirilməsi məqsədilə Niderland Krallığının bir sıra qabaqcıl şirkətləri ilə əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdirildiyi qeyd edilib.
Maksim Verhagen isə ölkələrimiz arasında fövqəladə halların idarə olunması üzrə məsul qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsini vacib sayıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

1386