Bir-birinə yol verməyən maşınlar toqquşdu
Ötən gecə Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Hüseyn Cavid prospekti ilə Əbdürrəhim Bəy Haqverdiyev küçəsinin kəsişməsində meydana gəlib. Qəza nəticəsində iki minik maşını – “Mercedes” və “Nissan” markalı avtomobillər toqquşub.
Məlumata görə, qəzadan əvvəl avtomobillər ayrı-ayrı istiqamətlərdə hərəkət edirmişlər. Onlardan biri Hüseyn Cavid prospektilə, digəri isə Haqverdiyev küçəsilə yol ayrıcına doğru yaxınlaşıb və onların bir-birinə yol verməməsi qəzaya səbəb olub.
Faktla bağlı Bakı şəhər Baş Dövlət Yol Polisi idarəsinin müfəttişləri araşdırma başladıb. Əarzinin müayinəsini aparan polis əməkdaşları avtomobillərdən birinin işıqforun qırmızı işığının tələbini pozduğunu da istisna etmir. Bunu isə təyin ediləcək avtotexniki ekspertiza göstərəcək.
Qeyd edək ki, qəza nəticəsində xəsarət alan olmayıb.
ANS

Oxşar yazılar
Bakıda gölün ətrafında yanğın baş verdi - VİDEO
16 iyul 2025 , 03:41
Yeni sadə müalicə yüksək qan təzyiqini azalda bilər
16 iyul 2025 , 02:27
Cəlilabadda dağlıq ərazi yanıb, bir nəfər tüstüdən boğulub - VİDEO -YENİLƏNİB
15 iyul 2025 , 21:02
Şirvanda kişi yaşadığı evin həyətində ölü tapıldı
15 iyul 2025 , 19:33
Erməni konyaklarının 85 faizi saxta çıxdı - BÖYÜK ARAŞDIRMA
15 iyul 2025 , 18:11
“Roşka” ləqəbli tiktokerin məhkəməsi başladı
15 iyul 2025 , 18:07
Bəy-gəlindən başqa hamı o tortdan zəhərləndi
15 iyul 2025 , 17:57