Hərbi şəhərçikdə bıçaqlanma
14 sentyabr 2012 07:45 (UTC +04:00)

Hərbi şəhərçikdə bıçaqlanma

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. Qanlı hadisə “hərbi şəhərcik” adlanan ərazidə, 37 saylı evin qarşısında meydana gəlib.

Məlumata görə, həmin ünvanda yaşayan Oruclu Vüsal Zeytun oğlu aldığı bıçaq xəsarətləri ilə ağır vəziyyətdə 1 saylı xəstəxanaya çatdırılıb. Gətirilən zaman ona bir neçə bıçaq xəsarəti yetirildiyini müəyyən edən həkim heyəti yaralını dərhal əməliyyat otağına qaldırıb.

Hadisə barədə məlumat əldə edən rayon polisi əməliyyatdan sonra vəziyyəti ağır olan yaralının ilkin ifadəsini ala bilməyib. Bununla belə, 18 yaşlı Vüsalın yaxınlarının bildirdiyinə görə, onu qonşuluqda yaşayan Mayıl adlı bir tanışı bıçaqlayıb.

Binəqədi rayon polis idarəsi 4-cü polis bölməsindən verilən məlumata görə, polis əməliyyatçıları faktda şübhəli bilinən bir nəfəri həbs edib. Sadəcə ilkin istintaq araşdırmaları aparıldığından onun şəxsiyyəti hələlik açıqlanmır.

Artıq faktla bağlı cinayət işi başlanılıb və araşdırmalar davam edir.

ANS
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1889

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21