“Kür” Vətəndaş Qərargahı Cəmiyyətinin fəalına 2 il həbs
Bu gün Sabirabad rayon Məhkəməsində “Kür” Vətəndaş Qərargahı Cəmiyyətinin fəalı İlham Əmiraslanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, İ. Əmiraslanovun 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Müşavirədən sonra hakim hökmü elan edib. Hökmə əsasən, İ. Əmiraslanov 2 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, İ. Əmiraslanov qanunsuz olaraq odlu silah saxlamaqda təqsirləndirilir.

629