Sui-qəsdə məruz qalmış diaspor üzvü prokurorluğa müraciət etdi
Dünən sui-qəsdə məruz qalmış Ümumrusiya Azərbaycan Konqresinin Ulyanovsk regional şöbəsinin rəhbəri İslam Hüseynov Rusiya Federasiya
Dövlət İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinə müraciət edib.
Bu barədə APA-nın Moskva müxbirinə İslam Hüseynov özü məlumat verib. O, İstintaq Komitəsinin Ulyanovsk regional bölməsinin rəhbərliyinə və müstəntiqlərə inanmadığını söyləyib: “İstintaq Komitəsinin sədri Yevdokimov, müstəntiq Vinoqradov, müstəntiq Polzunov, regional prokurorluğun xüsusi mühüm işlərin təhqiqatı şöbəsinin rəhbəri Kireyev hamısı satılmış insanlardırlar. Ona görə də, mənə qarşı edilən sui-qəsdin cinayət işinin bir başa Moskva tərəfindən aparılmasını istəyirəm. Bu barədə Rusiya Federasiyası Dövlət İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə ünvanladığım müraciətdə də yazmışam. Ulyanovsk İstintaq Komitəsinin əməkdaşları quldurlarla əlbirdirlər. Cinayət işinin istintaqın aparanlar 3 il bundan qabaq mənə edilən sui-qəsdlə bağlı cinayət işini aparanlardır. Həmin vaxt bayaq adını sadaladığım müstəntiqlər mənə sui-qəsd edən 3 azərbaycanlının adını cinayət işi materiallarından çıxartdılar. O zaman mənə qarşı sui-qəsddə 8 nəfər təqsirləndirilirdi. Onlardan 3-ü azərbaycanlı idi. Bunlar Rusiya vətəndaşları olan Qasımov İlqar Məhəmməd oğlu, Mərdanov Sahib İdris oğlu və Hüseynov Afiq Həmid oğludur. O zaman İstintaq Komitəsinin adı çəkilən əməkdaşları bunlardan külli miqdarda pul alıb azadlığa buraxdılar. İndi yenə də işin istintaqını həmin müstəntiqlər aparırlar. Mənim onlara inamım yoxdur. Ona görə də, bu cinayət işini Moskvanın, yəni bir başa Rusiya Federasiyası Dövlət İstintaq Komitəsinin araşdırmasını istəyirəm”.
İslam Hüseynov Ulyanovsk hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilən Nahid Böyükağa oğlu Zahidovu şəxsən tanımadığını bildirib: “Onun barəsində eşitmişəm ki, burada belə bir adam yaşayır. Amma nə bir dəfə görmüşəm, nə də şəxsi tanışlığım var. O ki, qaldı mənə silahla atəş açanın o olub olmadığına, bunu deyə bilərəm ki, mənə atəş açanın üzünü görmədim. Onun əlində silah vardı. Mən çalışdım ki, onun əlindən silahı alım. O, atəş açıb qaçanda, pasportu və mobil telefonu yerə düşdü”.
İslam Hüseynov ona qarşı edilən sui-qəsdin arxasında Qasımov İlqar Məhəmməd oğlunun dayandığını söyləyib: “İlqarı və onun yanındakıları Ulyanovsk İstintaq Komitəsinin sədri və oradakı müstəntiqlər o vaxt külli miqdarda pul əvəzində azadlığa buraxıblar. Mən onların bu qanunsuz əməlinin arxasınca getdiyimə görə, İstintaq Komitəsi İlqardan işi axıra qədər görməyi tələb edib. Əks təqdirdə mənim onlar üçün başağrısı olacağımı bildirib”.
Xatırladaq ki, İslam Hüseynova qarşı sui-qəsd dünən Ulyanovskda baş verib. Sui-qəsd nəticəsində soydaşımız yaralanıb, onun İqor adlı mühafizəçisi isə dünyasını dəyişib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1000