17 bələdiyyə qanunu ciddi şəkildə pozub
12 sentyabr 2012 13:27 (UTC +04:00)

17 bələdiyyə qanunu ciddi şəkildə pozub

Azərbaycanda bu ilin ilk 6 ayı ərzində 25 bələdiyyənin fəaliyyəti araşdırılıb, 17 bələdiyyənin fəaliyyətində ciddi qanun pozuntuları aşkarlanıb. APA-nın xəbərinə görə, bunu Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə deyib.


Mərkəz rəhbəri qanun pozuntuları ilə əlaqədar Baş Prokurorluğa müraciət olunduğunu deyib. Onun sözlərinə görə, 7 bələdiyyənin fəaliyyətində ciddi qanun pozuntusu faktları öz təsdiqini tapıb və bunlarla bağlı müvafiq maddələr üzrə cinayət işi açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1773

Oxşar yazılar