Lənkəran çayı daşıb
Sentyabrın 11-də hava şəraitinin yağışlı keçməsi daşqın və subasmaya yol açıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Lənkəran rayonu, Əşlə kəndində yağan leysan xarakterli yağışlar səbəbindən Lənkəran çayının daşması nəticəsində çayı keçmək istəyən 1 nəfər köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri həmin şəxsi xilas edib və aidiyyətı üzrə təhvil veriblər.
Yevlax rayon, Yenicə kəndində bir neçə fərdi yaşayış evinin həyətyanı sahəsinə isə yağış suyu dolması müşahidə olunub. yağış sularının çəkilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikası həmin ərazilərə cəlb olunub, gün ərzində suçəkmə işləri aparılıb.

1033