Baş Prokurorluğun İdarə rəisinin evindən xeyli miqdarda pul oğurlanıb
11 sentyabr 2012 13:30 (UTC +04:00)

Baş Prokurorluğun İdarə rəisinin evindən xeyli miqdarda pul oğurlanıb

Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, avqustun 20-də Nardaran qəsəbəsində yerləşən və Respublika Prokurorluğunun Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Ruslan Hacıyevə məxsus bağ evindən 5 min manat, 2 min avro və xeyli miqdarda qızıl-zinət əşyaları oğurlanıb. Araşdırmalar nəticəsində oğurluğun evin gözətçi Arif Məmmədov tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb.

Fakt üzrə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2575

Oxşar yazılar