“VAZ -2106” su kanalına aşdı: 3 ölü, 1 yaralı
Azərbaycanın Hacıqabul rayonunda dəhşətli yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə gecə saat 00.01 radələrində Hacıqabul rayonunun Abdulabad kəndi ərazisində qeydə alınıb. Sabirabad rayonunun Qəzli kənd sakini 1967-ci il təvəllüdlü Mehrəli Baxşəli oğlu Zülfüqarov idarə etdiyi VAZ -2106 markalı maşınla hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə maşın qoruyucu bəndi aşaraq su kanalına yuvarlanıb. Hadisə zamanı sürücü və avtomobildəki sərnişinlər, Qəzli kəndinin sakinləri - 1962-ci il təvəllüdlü Ələsgər Məhəmməd oğlu Nuriyev və onun oğlu, 2007-ci il təvəllüdlü İzzət Nuriyev hadisə yerində ölüblər. Ələsgər Nuriyevin həyat yoldaşı, 1970-ci il təvəllüdlü Gülnar Abbasəli qızı Nuriyeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı BDYP istintaq və təhqiqat idarəsində araşdırma aparılır.

Oxşar yazılar

Şamaxıda zəlzələ oldu
15 may 2025 , 04:01
Gəncədə 19 yaşlı gənc budundan bıçaqlandı
15 may 2025 , 00:36
Göygöldə iki nəfər əkin sahəsində döyüldü
15 may 2025 , 00:25
Tbilisidə Kürə düşən azərbaycanlı qızın meyiti 45 gündən sonra tapıldı
15 may 2025 , 00:17
Goranboyda qayınana tir tüfəngindən atəş açdı, gəlinini yaralandı
14 may 2025 , 23:06
Naxçıvanda maşın yoluna düşən qaya parçaları hərəkəti məhdudlaşdırdı
14 may 2025 , 22:50
Azərbaycanlı bloger Hüseyn Həsənov axtarışa verildi
14 may 2025 , 19:25