O tayın mənzərəsi
Bu fotolardan boylanan faciə yabançı bir eldə, uzaq dünyada baş verməyib. Bu fotolarda yıxılan evlər, paralanan küçələr, fəryad eləyən analar, qum altında torpaq udub ölən körpələr bizimdi!
Bura Arazın o tayıdı. Ölmüş balasına ağı deyən qadın bizim dilimizdə fəryad eləyir. O torpağı qırmızıya boyayan qanlar bizim qanımızdı.
... Və biz ora Salyana, Şamaxıya, Qubaya, Zaqatalaya, Lənkərana, Gəncəyə gedən kimi gedə bilmirik. Biz heç oraya Borçalıya, Dərbəndə, İğdıra qoşduğumuz kimi də qoşa bilmirik.
Ora Güney Azərbaycandı. Dəhşət saçan bir rejimin sərhədi, vizası, həbsi ilə üzə-üzə dayanmışıq. Biz evi yıxılan qardaşımıza, balasını itirən bacımıza yaxın gedib, dərdinə şərik belə ola bilmirik...
... Dünya beləmi qalacaq?

3791