Lənkəranda faciə: 20 yaşlı qız 250 metrlik dərəyə yıxılıb öldü
Fövqəladə Hallar Nazirliyi avqustun 10-da Lənkəranda baş vermiş bədbəxt hadisə ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil Lənkəran rayonunda Lerik-Lənkəran yolunun 22-ci kilometrliyində bir neçə nəfərin dərəyə düşməsi ilə bağlı məlumat daxil olub. Dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Məlum olub ki, 4 nəfər dərinliyi 200-250 metr olan dərəyə düşüb, onlardan 3 nəfəri xəsarət alıb, biri - 1992-ci il təvəllüdlü Səkinə Azad qızı Həbibi isə ölüb. Xəsarət alan 2 nəfər vətəndaşların köməkliyi ilə, 1 nəfər və S.Həbibinin cəsədi isə Cənub Regional Mərkəzinin xilasediciləri tərəfindən müvafiq qaydada dərədən çıxarılıb.

3856