DİN polisin maşınla vurulub öldürülməsi ilə bağlı məlumat yaydı
Daxili iŞlər Nazirliyi Bakıda polis nəfərlərinin maşınla vurulması hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, avqustun 9-da saat 23.00 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində, Masallı rayon sakini Siyavuş Məmmədov "KamAZ" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən Şəmkir rayon sakini Maluzər Əliyevin idarə etdiyi "KamAZ" markalı avtomaşının qoşqusuna vurub və qoşqu aşıb.
Nəticədə S.Məmmədov hadisə yerində ölüb. Bununla əlaqədar hadisə yerinə gəlmiş Qaradağ RPİ 11-ci PB-nin rəisi Vüsal Qaraşov və RPİ-nin əməkdaşı Babagözəl Hacıyev həmin ərazidən keçən müəyyən edilməmiş avtomaşınla vurulub. B.Hacıyev hadisə yerində ölüb, xəsarət almış V.Qaraşova isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıb.
Görülmüş tədbirlər nəticəsində hadisənin "Mitsubishi-Pajero" markalı avtomaşının sürücüsü Ələt qəsəbə, sakini Xasay İsmayılov tərəfindən törədilməsi müəyyən edilib və o, tutulub.

1271