Ailədə televizor pultu üstündə qanlı dava - TƏFƏRRÜAT
09 avqust 2012 16:00 (UTC +04:00)

Ailədə televizor pultu üstündə qanlı dava - TƏFƏRRÜAT

Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Cəyli kənd sakini 1971-ci il təvəllüdlü Bağırov Vahid Ağamirzə oğlu 1995-ci ildə anadan olmuş oğlu Bağırlı Xalidi bıçaqlayıb. 17 yaşlı oğlan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər onun üzərində cərrahiyə əməliyyatı aparıb və yaralının həyatı üçün yaranmış təhlükə sovuşub.

Hadisəyə ailədə televizora baxmaq üçün yaranmış mübahisə səbəb olub. Belə ki, V.Bağırovun oğlu atasının əlindən televizor pultunu alıb və başqa kanala baxmaq istədiyini deyib. Oğulun bu hərəkəti atanı özündən çıxarıb və o, bıçağa əl atıb.

Verilən məlumata görə, V.Bağırov hər hansı xəstəxanada qeydiyyatda olmasa da, əsəb xəstəliyindən müalicə olunur.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 774

Oxşar yazılar