Bakı sakini polisi aldatmaq üçün orijinal variant tapıb
Lent.az-ın Daxili işlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, avqustun 8-də Bakı şəhər sakini Aydın Mürsəliyev polisə zəng edərək, həmin gün saat 10.00 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisindən ona məxsus "BMW" markalı avtomaşının qaçırılması barədə məlumat verib.
Araşdırmalar nəticəsində A.Mürsəliyevin yalan məlumat verdiyi məlum olub. Müəyyən edilib ki, o, Masazır qəsəbəsi ərazisində həmin avtomobili idarə edərkən Bakı şəhər sakini Nadir Səfərovu vurub. Piyada xəsarət alıb. Bundan sonra isə A.Mürsəliyev məsuliyyətdən yayınmaq məqsədi ilə polisə yalan məlumat verib və bu üsulla məsuliyyətdən yayınmağa cəhd göstərib.

555