Ata qəza törətdi: 13 yaşlı oğlu öldü
Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ağdam rayon sakini Şahlar Abbasov idarə etdiyi “VAZ 2106” markalı avtomobili aşırıb. Nəticədə sürücünün 13 yaşlı oğlu Şamil hadisə yerində ölüb. Sürücü isə yüngül xəsarət alıb.
Faktla əlaqədar araşdırma aparılır, avtotexniki ekspertiza təyin olunub.
Nizam RZA
Faktla əlaqədar araşdırma aparılır, avtotexniki ekspertiza təyin olunub.
Nizam RZA
534