Siyəzəndə ağır qəza: 1 ölü, 1 yaralı
Avqustun 8-i, gecə saatlarında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 94-cü km-də ağır yol nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə Xaçmazdan Bakı istiqamətində hərəkət edən, Xaçmaz rayonunun Çinartala kənd sakini Atakişi İsaqovun idarə etdiyi 10 HC 765 qeydiyyat nişanlı “Qazel” markalı yük avtomobili qarşıda hərəkət edən Bakı şəhər sakini Azər İsmayılovun idarə etdiyi 10 XA 178 qeydiyyat nişanlı eyni markalı nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə Atakişi İsaqovun iki oğlu, 25 yaşlı Mahir və 20 yaşlı Mais ağır yaralanıb. Qəza zamanı sürücülərin heç biri xəsarət almayıb. Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə gətirilib. Onlardan Mahir İsaqovun vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. O, cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişib. Qardaşı Mais isə hazırda travmatologiya şöbəsində müalicə alır.
Hər iki nəqliyyat vasitəsi Bakıdakı bazarlara meyvə aparırmış. Hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir. Faktla bağlı avtotexniki və tibbi ekspertiza təyin olunub. Qəzanın dəqiq səbəbləri araşdırılır.

632