Fətulla Hüseynovun oğlu yol qəzasında öldü
Avqustun 9-na keçən gecə Bakı şəhərinin Suraxanı rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, aeroport şosesində, yolun hava limanından mərkəzə doğru gələn istiqamətində “Toyoto” markalı, 10 VV 789 nömrə nişanlı minik avtomobili, yoldan çıxıb və dərəyə yuvarlanıb.
Nəticədə avtomobilin sürücüsü, 1964-cü il təvəllüdlü Hüseynov Tahir Fətulla oğlu hadisə yerindəcə keçinib. Avtomobildə olan sərnişini, 1999-cu il təvəllüdlü Ağarzayeva Leyla Azər qızı isə yaralanıb. 13 yaşlı qız 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, hadisə nəticəsində ölən T.Hüseynov Azərbaycanın tanınmış polis zabiti Fətulla Hüseynovun oğludur. F.Hüseynov Respublika Yol Polisinin rəis müavini, DİN-in polis polkunun komandiri işləyib. Qarabağ döyüşlərində iştirak edib. Orden və medallarla təltif olunub.
Fətulla Hüseynov həmçinin AFFA-nın vitse-prezidenti olub. 2004-cü ilin iyununda səhər saatlarında yaşadığı binanın qarşısında öldürülüb. Onu Hacı Məmmədovun dəstə üzvlərinin qətlə yetirdiyi bildirilir.
Onun oğlu isə bir müddət hüquq-mühafizə orqanlarında işləyib. 2 oğlu qalıb.
Nizam RZA

1573