Murtuz Ələsgərovun dəfni ilə əlaqədar Bakının mərkəzi yolları bağlanacaq
Bu gün Milli Məclisin keçmiş spikeri, tanınmış ictimai-siyasi xadim Murtuz Ələsgərovun dəfn mərasimi keçiriləcək. Bununla bağlı Bakının bir sıra mərkəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, tədbirlə bağlı proqram tərtib olunub və hansı küçələrin bağlanacağı müəyyənləşib.
Belə ki, dəfn mərasimi ilə əlaqədar gün ərzində Şəhriyar Adına Mədəniyyət Mərkəzindən, yəni Zərifə Əliyeva küçəsindən Fəxri Xiyabanadək olan küçə və prospektlərdə hərəkətə məhdudiyyət qoyulacaq.
Yol polisi günorta saatlarında tədbir başa çatanadək (saat 18 radələri) Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti, “Azneft” meydanı, Niyazi küçəsi, İstiqlaliyyət küçəsi, Mehdi Hüseyn küçəsi, Parlament prospekti istiqamətində hərəkətin məhdudlaşdırılacağını bildirir və sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edir.
Qeyd edək ki, tədbirdə dövlət və hökumət rəsmiləri, xaricdən gəlmiş qonaqlar iştirak edəcək.
Nizam RZA

902