“VAZ" markalı avtomobil yolu keçən gənci vurdu
12 aprel 2020 03:14 (UTC +04:00)

“VAZ" markalı avtomobil yolu keçən gənci vurdu

Şirvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri Natəvan küçəsində qeydə alınıb. 

“VAZ 21011” markalı avtomobil yolu keçən şəhər sakini, 1995-ci il təvəllüdlü Əliyev Ramil Ramiq oğlunu vurub. Nəticədə piyada kəllə-beyin travması ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1284
avatar

Oxşar yazılar