Dəfələrlə dünya çempionu olan “Kobra” ləqəbli kikboksçu Pərviz Abdullayevin Türkiyənin məşhur “Survivor” yarışmasındakı iştirakı müzakirə olunur.
Müxtəlif “Youtube” kanallarında və internet portallarında onun kim olması, hansı idman növləri ilə məşğul olması və həyatı barədə məlumatlar yerləşdirilir.
İdmançı barədə bu dəfə “Survivor Panorama” verilişində müzakirə aparılıb. Aparıcılar onun barədə fikirlərini belə izah edib:
Damla Can:
“İndiyədək “Survivor”a qatılan şəxslərin uğursuz olduğunu görməmişik. Mənə elə gəlir ki, finala kimi gedəcək. Əgər aqressivliyi ilə bərabər hisslərinə nəzarət edə bilsə, finalda olacaq”.
Səma Aydəmir:
“Cəsur olduğuna əminəm. Onların həyat şərtləri elədir ki, aqressiv idmançı olsa da, özünə nəzarət edə bilir. Çünki məşğul olduqları idman onsuz da aqressivdir”.
Hakan Hatipoğlu:
“Pərviz azərbaycanlı olduğu üçün oradan da finalda səs vermək istəyəcəklər. Mənə elə gəlir ki, yarışmanın iştirakçısının haradan olması yox, nə qədər sevilməsi önəmlidir”.
İhsan Tarkan:
“Azərbaycanlı olmasının mənim üçün fərqi yoxdur. Onları özüm kimi görürəm. Azərbaycanlı olması onun üçün xüsusi avantaj deyil. Kikboksla məşğul olanlar “Survivor”da yaxşı nəticələr əldə edib. Onun da yaxşı oyun nümayiş etdirəcəyinə əminəm”.