Şəmkir rayon Qaracəmirli kəndində oyun klubundan oğurluq edilib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, bu barədə Şəmkir Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Dərhal Rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, hadisə yerindən ümumi dəyəri 6500 manat olan 4 ədəd müxtəlif markalı televizor və 4 ədəd oyun aparatı oğurlanıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri 29 yaşlı Fuad İbrahimov və əvvəllərlə məhkum olunmuş 27 yaşlı Ayxan Hüseynov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təqdim ediliblər.
Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri oğruluq hadisəsini etiraf ediblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.