"Bunların fərdi məsuliyyətə cəlb edilməsini tələb edirik” - Nazir müavini
26 fevral 2020 12:31 (UTC +04:00)

"Bunların fərdi məsuliyyətə cəlb edilməsini tələb edirik” - Nazir müavini

“Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalıda törədilmiş cinayətə münasibətdə hücumda iştirak edənlərin davranışını müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan hərəkətlər kimi qiymətləndirərək mühüm nəticəyə gəlib”.

APA-nın məlumatına görə, bunu Xarici İşlər nazirinin müavini Xələf Xələfov Xarici İşlər Nazirliyində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı rəsm sərgisində deyib.

Nazir müavini bildirib ki, hazırda 16 dövlətin milli qanunvericilik orqanı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı Xocalıda dinc əhalinin qırğınının ən kəskin şəkildə pislənilməsi və Xocalı faciəsinin soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi tanınmasına dair qətnamə və qərarlar qəbul edib.

 

X. Xələfov bildirib ki, Azərbaycan istintaq orqanlarının apardığı araşdırma nəticəsində ermənilərin Xocalıda törətdiklərinin cinayət, soyqırımı olması sübuta yetirilib: “Azərbaycan tərəfi bu cinayəti, soyqırımını törədənlərin layiqli cəzasını alması üçün beynəlxalq səylərini davam etdirir. Bununla yanaşı Xocalıda törədilmiş məlum cinayət əməlləri bu cinayəti törədənlərin fərdi məsuliyyətə cəlb edilməsini tələb edir”.

X. Xələfov qeyd edib ki, Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması, o cümlədən “Xocalıya ədalət” kampaniyası çərçivəsində təşkil edilən tədbirlər nəticəsində bir çox dövlət tərəfindən Xocalı soyqırımını qınayan sənədlər qəbul edilib: “Xocalı soyqırımı dünyada baş verən ən ağır soyqırımları ilə eyni sırada dayanır. Lakin təəssüflə qeyd etmək istəyirəm ki, Xocalı soyqırımına dünya birliyi tərəfindən lazımi qiymət verilməyib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1078
avatar

Oxşar yazılar

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü,  yaralılar var

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü, yaralılar var

15 dekabr 2024 , 22:03
Siyəzəndə FACİƏ:  İki oğulu itirən ailənin qızı boğulub öldü

Siyəzəndə FACİƏ: İki oğulu itirən ailənin qızı boğulub öldü

15 dekabr 2024 , 21:55
İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28