Bərdədə xüsusi karantin rejimi qaydalarından sui-istifadə edən şəxs müəyyən edilib.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bərdə rayon sakini Ramil Mehdiyevin tətbiq edilən karantin qaydalarından sui-istifadə edərək çölə çıxdığı müəyyən edilib.
R.Mehdiyev iki gün ərzində “8103” qısa nömrəsinə mesaj göndərərək dəfn mərasimində iştirak etmək məqsədi ilə icazə alıb. Lakin sonuncu dəfə eyni məqsədlə icazə alarkən ona bu barədə rədd mesajı gəlib. Rədd mesajına baxmayaraq bu dəfə o, “8103” xidmətinin birinci bəndinə uyğun icazə alaraq evdən çıxdığı müəyyən edilib və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub.