Messi evini  BU QİYMƏTƏ   satır
28 dekabr 2021 10:01 (UTC +04:00)

Messi evini BU QİYMƏTƏ satır

Paris Sen-Jermenin (PSJ) argentinalı ulduzu Lionel Messi Mayamidəki dəbdəbəli evinin qiymətini qaldırıb. 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 600 milyon dollar sərvəti olan futbolçu, evinin qiymətini 7 milyon dollardan 7.9 milyon dollara qədər artırıb. 

Messi 2 ay əvvəl bu evi satışa çıxarmışdı, amma sonradan fikrini dəyişmişdi. İndi isə yenidən satmaq qərarına gəlib. 

Qeyd edək ki, məşhur futbolçu 2019-cu ildə bu evi 5 milyon dollara almışdı.  


 

# 4251
avatar

Sevinc Fərid

Oxşar yazılar