Zəlzələnin 155-ci saatı : Əqli qüsurlu gənc xilas edildi
12 fevral 2023 17:05 (UTC +04:00)

Zəlzələnin 155-ci saatı: Əqli qüsurlu gənc xilas edildi

0

Türkiyədə Kahramanmaraş mərkəzli zəlzələdən zərər çəkən Hatayın Antakya rayonunda 23 yaşlı əqli qüsurlu Hüseyn Seferoğlu dağıntılar altından xilas edilib.

Lent.az Anadolu Agentliyinə istinadən bildirir ki, zəlzələdən zərər çəkən Antakyada axtarış-xilasetmə işləri fasiləsiz davam edir.

Zəlzələnin 155-ci saatında əqli qüsurlu olduğu bildirilən 23 yaşlı Hüseyn Seferoğlu Jandarma Axtarış-Xilasetmə qruplarının səyləri ilə dağıntıları altından xilas edilib.

Səhiyyə personalına təhvil verilən Seferoğlu müalicə altına alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2356

Oxşar yazılar