Əfqanıstanda baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 2445 nəfərə çatıb.
Lent.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən “Sinxua” agentliyi məlumat yayıb.
Herat əyalətinin Təbii Fəlakətlərlə Mübarizə İdarəsinin direktoru Mavlavi Aşarinin sözlərinə görə, ən çox zərər çəkmiş rayonda 13 kənd tamamilə dağılıb.
Xatırladaq ki, şənbə günü Əfqanıstanda 6,2 bal gücündə iki zəlzələ baş verib.