Zelenskidən Rusiyaya qarşı sanksiyalara qoşulmayanlara XƏBƏRDARLIQ
04 iyun 2023 23:40 (UTC +04:00)

Zelenskidən Rusiyaya qarşı sanksiyalara qoşulmayanlara XƏBƏRDARLIQ

Ukrayna Prezidenti Vladimir Zelenski bəzi ölkələrin Rusiyaya qarşı sanksiyalardan yayınmasının təhlili ilə bağlı iclas keçirib.

Lent.az xəbər verir ki, bu barədə Zelenski "Telegram" kanalında videomüraciət yayımlayıb.

Görüşdə Ukrayna kəşfiyyatının və hökumətinin nümayəndələrinin iştirak etdiyi bildirib.

“Biz Rusiyanın sanksiyalardan necə yan keçdiyini və ona kimin kömək etdiyini ətraflı təhlil etdik”, - deyə Ukrayna lideri bildirib.

Zelenski deyib ki, Kiyevdə sanksiyalardan yayınanların hər bir hərəkəti izlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1401
avatar

Oxşar yazılar