Rusiyanın Həştərxan şəhərində məhkəmə keçmiş sevgilisini zorlayan 22 yaşlı yerli sakinin işinə baxacaq.
Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, təqsirləndirilən şəxs sevgilisi ilə mübahisə etdikdən sonra 19 yaşlı keçmiş sevgilisinə zəng edərək onu görüşə dəvət edib. Hadisə 2022-ci il sentyabrın 21-ə keçən gecə, Zvezdnaya küçəsindəki yaşayış binasının yaxınlığında olub. Orada gənc oğlan qıza hücum edərək, ona cinsi təcavüz edib.
Fakta görə Rusiya Cinayət Məcəlləsinin 131-ci maddəsinin 1-ci hissəsi (“Zorlama”) ilə iş başlanıb.