Yaşlı insanlarda südün vacib rolu
04 aprel 2023 07:29 (UTC +04:00)

Yaşlı insanlarda südün vacib rolu

Süd zülal və kalsium mənbəyi olduğu üçün yaşlı insanların qida rasionunda mühüm məhsul sayılır.

Lent.az xəbər verir ki, bu barədə "İzvestiya" qəzetinə müsahibəsində dietoloq Elena Solomatin deyib.

Mütəxəssis qeyd edib ki, südün tərkibində A, E, D və B qrupu vitaminləri də var.

Solomatinanın sözlərinə görə, məhsul sümük toxumasına, immun və ürək-damar sistemlərinə, enerjiyə təsir göstərir. Bundan əlavə, toran görmə, idrak qabiliyyətləri və yaddaşı yaxşılaşdırır.

Bununla yanaşı, dietoloq qeyd edib ki, süd bəzi insanlarda allergiyaya və ya mədə-bağırsaq problemlərinə səbəb ola bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1524
avatar

Oxşar yazılar