Yanğın milyonluq villaları külə döndərdi
13 may 2022 08:23 (UTC +04:00)

Yanğın milyonluq villaları külə döndərdi

ABŞ-ın Kaliforniya ştatında baş verən meşə yanğınları ciddi dağıntıya səbəb olub.

Lent.az-ın xəbərinə görə, meşəlik ərazidə başlayan yanğın qısa müddətdə sahil zonasına keçib.

Küləyin təsiri ilə şiddətlənən yanğın 20-dən çox lüks villanı məhv edib. Yanğın nəticəsində 80 hektardan çox yaşıllıq məhv olub. ərazidən minədək sakin təxliyə edilib. Mütəxəssislər bildirirlər ki, bu ərazidəki ən ucuz villanın dəyəri 1 milyon dollardan yuxarıdır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1950

Oxşar yazılar