Braziliyada leysan və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 36-ya çatıb.
Lent.az-ın xəbərinə görə, bu barədə San-Paulu ştatının qubernatoru məlumat verib.
***
05.44
Braziliyanın San-Paulu ştatında yağan güclü yağışlar nəticəsində azı 24 nəfər ölüb.
Lent.az-ın xəbərinə görə, bu barədə G1 kanalı məlumat yayıb.
San-Paulu ştatının sahil zonasında yağan anormal yağışlar dağıdıcı daşqınlara və sürüşmələrə səbəb olub - 19 nəfər ölüb, 338 nəfər evsiz qalıb.
Xilasetmə xidmətlərinin məlumatına görə, 50-dən çox ev dağılıb, 300-ə yaxın insan evsiz qalıb, 228 vətəndaş təxliyə edilib. 3 böyük magistral yol bağlanıb.