Xoruz döyüşündə  İNSANLARIN QANI TÖKÜLDÜ:  4 ölü, 7 yaralı...
23 noyabr 2021 00:10 (UTC +04:00)

Xoruz döyüşündə İNSANLARIN QANI TÖKÜLDÜ: 4 ölü, 7 yaralı...

0

Meksikada naməlum şəxslər kütləyə atəş açıb, 4 nəfər ölüb, 7 nəfər yaralanıb

Meksikanın Miçoakan ştatının Sitakuaro bölgəsində naməlum şəxslər xoruz döyüşünə tamaşa edən kütləyə silahlı hücum edib.

Lent.az yerli “Televisa” telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində tamaşaçılardan 4-ü ölüb, 7-si yaralanıb.

Silahlılar naməlum istiqamətə qaçıblar. Yaralılar xəstəxanaya çatdırılıb, onlardan bir neçəsinin vəziyyəti ağır qiymətləndirilir. Hadisənin motivləri barədə məlumat açıqlanmayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1845

Oxşar yazılar