Yunanıstanda növbədənkənar parlament seçkiləri
07 iyul 2019 09:19 (UTC +04:00)

Yunanıstanda növbədənkənar parlament seçkiləri

Bu gün Yunanıstanda növbədənkənar parlament seçkiləri keçirilir. 
 
Lent.az xarici KİV-ə istinadən bildirir ki, artıq 10 milyona yaxın seçicinin qeydə alındığı ölkədə məntəqələr açılıb. 59 seçki dairəsində 21 min 478 seçki qutusu qoyulub. Səsvermə yerli vaxtla saat 7:00-dan 19:00-dək davam edəcək.
 
Baş nazir Aleksis Tsiprasın qərarı ilə dörd ay əvvələ çəkilən seçkiyə 20 siyasi partiya qatılıb. Onlar parlamentdəki 300 kürsü uğrunda mübarizə aparırlar. Ölkənin seçki sisteminə əsasən, hökumət qurmağı asanlaşdırmaq məqsədilə seçkilərdə qalib gələn partiya əlavə 50 deputat mandatı qazanacaq.
 
Əsas mübarizə Tsiprasın liderlik etdiyi SYRIZA və müxalifətdəki Yeni Demokratiya partiyaları arasında gedir.
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 818
avatar

Oxşar yazılar