Ukraynanın paytaxtı Kiyevdə 34 yaşlı azərbaycanlı saxlanılıb. Lent.az-ın Ukrayna KİV-ə istinadən məlumatına görə, paytaxtın “Hangover” restoranında baş verib. Restoranda əylənən amerikalı bir qədər içidikdən sonra həmin vaxt orada olan azərbaycanlıyla mübahisəyə başlayıb. Nəticədə döyülüb və “Apple” telefonu, sənədləri, bank kartıyla vidalaşmalı olub. Soyğunçuluq edən şəxs şəhərin “Bolşaya Vasilkovskaya” küçəsində saxlanılıb. Onu 6 ilədək həbs gözləyir.